20 Yanvar 2014 - Bazar ertəsi
Davamlı Təhsil Fəlsəfəsiylə AKGÜN-dən Seminarlara Tam Dəstək …
AKGÜN, karyeranın idarə edilməsini işçilərin inkişafı seminarı ilə davam etdirir …
Təhsil, insan qaynaqları dünyası üçün açar sözlərdən biridir. Təhsilin mövcud insan resursu üzərindəki yaradıcı əlavə təsirinin fərqində olan AKGÜN işçilərinin təhsil ehtiyaclarına qarşı olduqca həssas davranır. Şirkət daxilində və xaricində verilən inkişaf seminarları ilə öz işçilərinin keyfiyyətini və şirkətə olan bağlılığın yüksəlməsini nəzərdə tutur.
Rəqabət mühitinin hökm sürdüyü iş dünyasında, müsbət imic formalaşdırmanın ən vacib elementlərindən biri olaraq insan resursu amilini əsas tutan AKGÜN, işçilərinin inkişafına sərmayə qoyan proqramları 2013-ci ildə də dəstəkləməyə davam etmişdir. AKGÜN, 2013-cü ildə peşə biliklərinin inkişafi, fərdi inkişaf və korporativ təhsil seminarları ilə fərdi və ya kütləvi iştirakla müşayiət olunan 212 seminar verərək beləliklə 111 gün və 263 saat olmaqla işçilərinin inkişafına ayırmışdır. İşçilərin inkişaf proqramlarının ana mövzuları; işçinin liderlik xüsusiyyətinin inkişaf etdirilməsi, idarəçi tərəfindən təlimatlandırılması, 360 dərəcə geriyə məlumatın qiymətləndirilməsi və işçinin fərdi inkişafının planlanmasıdır.
Texnologiyanın sürətli inkişaf etdiyi və dünya iqtisadiyyatındakı rəqabətin təhsilli işçilərə duyulan ehtiyacı daha da artırdığı indiki vaxtda işçilər davamlı olaraq öyrənən fərdlər olmalıdırlar.
İşçi şəxsi inkişaf prosesində; karyera hədəflərini işəgötürənə çatdırmalı, bilik səviyyəsini artırmaq üçün araşdırmalar aparmalı, təhsil seminarlarına qatılmalı, təcrübə toplamaq üçün yeni layihələr icra etməli, qiymətləndirmələr aparmaqla gələcək istiqamətini təyin etməli və fərdi hərəkət planını yaratmalıdır.
AKGÜN, keyfiyyətli məhsul və xidmət təqdim etmək, dəyişikliklərə açıq olmaq və yaradıcı olmaq üçün işçilərinin inkişafını daim dəstəkləməli; işçilər isə karyera hədəflərini reallaşdırmaq üçün fərdi inkişaflarını təmin edəcək təhsil proqramlarına qatılaraq müvəffəqiyyətə gedən yolda firmalarıyla eyni istiqamətdə birlikdə yol getməlidirlər.