Tam Ekrandan çıkmak için
1 - Buraya sağ tıklayın.
2 - "Tam Ekrandan Çık" seçeneğini seçiniz.
Siteye giriş için uyum problemi yaşamamak adına Güncel tarayıcı kullanın!

21 Dekabr 2021 - Çərşənbə axşamı


T.C. Cümhurbaşqanlığı Milli Kitabxanasının Konfrans Zalında 2-3 dekabr 2021-ci il tarixlərində keçirilən 14-cü İnformasiya Təhlükəsizliyi və Kriptologiya Konfransına (ISCTURKEY 2021) stend sponsoru kimi qatıldıq.

İnformasiya Təhlükəsizliyi Dərnəyi tərəfindən Qazi Universiteti, İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və TOBB İqtisadiyyat və Texnologiya Universiteti ilə birgə təşkil edilən ISCTURKEY 2021-in əsas mövzusu “Səhiyyə Sektorunda Kiber Təhlükəsizlik” olaraq müəyyən edilmişdir. Nəqliyyat və İnfrastruktur Nazirliyi, T.C. Cümhurbaşqanlığı Rəqəmsal Çevrilmə Ofisi Qurumu, T.C. Cümhurbaşqanlığı Müdafiə Sənayesi Qurumu və İnformasiya Texnologiyaları və Rabitə Qurumunun tərəfindən dəstəklənən tədbir Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi tərəfindən “Avropa Kibertəhlükəsizliyi Ayı” platforması fəaliyyətlərinə daxil edilmişdir.

Tədbir çərçivəsində keçirilən açılış mərasimində İdarə Heyətinin Sədri Cənab Temel AKGÜN-ə 14-cü Beynəlxalq İnformasiya Təhlükəsizliyi və Kriptologiya Konfransına verdiyi töhfələrə görə plaket verildi. Cənab İdarə Heyəti Sədrimizə plaket DDO Sədri Cənab Əli Taha KOÇ və BGD Sədri Cənab Taha YÜCEL tərəfindən təqdim edildi.

ISCTURKEY 2021-də “Səhiyyə Sektorunda Kibertəhlükəsizlik” çərçivəsində bu sahədə ortaya çıxan yeniliklər, dəyişikliklər və süni intellekt, əşyaların interneti, blokçeyn texnologiyası və kvant sonrakı kriptologiya sahəsində baş verə biləcək kiber hücumlar və bu hücumlara qarşı görülə biləcək tədbirlər mütəxəssislər tərəfindən qiymətləndirildi.

Bu çərçivədə tədbirin 1-ci günündə İdarə Heyəti Sədrinin Müavini Cənab Ahmet Hamdi ATALAY "Səhiyyə Sektorunda İnformasiya İnfrastrukturu və Kiber Təhdidlər" mövzusunda paneldə məruzəçi olaraq iştirak etdi. Cənab Ahmet Hamdi ATALAY “DDO Başçı Yardımcısı və Panel İdarəcisi Cənab Yavuz Əmir BEYRİBEY'in idarə etdiyi paneldə, "Səhiyyə məlumatları niyə bu qədər vacibdir?" və "Çox qiymətli və məlumatların təhlükəsizliyi  üçün nə etməli?" suallarına dolğun cavablar verdi. Cənab Ahmet Hamdi ATALAY, çıxışında, "Dünyanın ən yaxşı rəqəmsallaşma sahəsinə sahib səhiyyə sistemimiz olduğunu və səhiyyədə rəqəmsallaşmanı önəmli ölçüdə tamamlayan Türkiyə bir səhiyyə məlumatı xəzinəsi üzərində oturur " dedi. Cənab Sədr Müavinimiz “İnformasiya təhlükəsizliyi;  əslində texnoloji hadisə olmadığını, bir risk idarəçiliyi və 3 amili olduğunu” bildirərək, “Məlumatlara daxil olmanın güvənli olmasını; məlumatların məxfiliyinə qorunması və məlumatların olduğu kimi saxlanmasını təmin etməkdir.” kimi ifadə etdi. Bunu təmin edəcək texnoloji infrastrukturun vacibliyini vurğulayan Cənab ATALAY, “Türkiyə kiber təhlükəsizlik sahəsində səhiyyə sahəsində texnoloji infrastrukturunu böyük ölçüdə tamamladı. Rəqəmsal transformasiya və zehni transformasiyanı da dərk etmək mərhələsindəyik. Bunun üçün bu işdə yetişmiş ,alimlərə,təcrübəli və bilikli insanlara ehtiyacımız olduğunu” söylədi.

Cənab. ATALAY “Səhiyyə sistemində HIMS adlı bir infrastruktur var bilirsiniz. Avropada istifadə olunan adı HIS kimi tanınır. Dünyadakı HİS dediyimiz qisim əslində dar bir əhatə dairəsidir. Bizim HIMS-miz inanılmaz genişdir, yəni qurumlardakı ERP-nin səhiyyə sahəsindəkı tətbiqini düşünün. Səhiyyə Nazirliyimizi də bu mənada təbrik etmək lazımdır. Türkiyədə bir xəstəxanada ola biləcək bütün əməliyyatlar, düşünün avtomobil dayanacağının  idarəedilməsindən yeməkxananın idarəedilməsinə səhiyyə sistemlərinin hamısını əhatə edən HIMS var. Dünyada bənzəri olmayan bir sistemimiz var. Türkiyədə ilk və tək EAL təhlükəsizlik sertifikatına sahib HBYS sistemi də AKGÜN Texnolojidə var. onu da biz öz inisativimizlə qurduq. Bunu xüsusilə vurğulamaq istərdim. Mütləq HBYS-in təhlükəsizlik zəifliyi baxımından sınaq və sertifikatlaşdırmanın təmin edilməsi lazımdır” deyərək çıxışını yekunlaşdırdı.

Tədbirin ikinci günündə İdarə Heyəti Sədrinin Müavini Cənab Ahmet Hamdi ATALAY "Səhiyyə Sektorunda 5G və Kiber Təhlükəsizlik" mövzusunda paneldə panel idarə edicisi olaraq iştirak etdi.

Şirkətimizə böyük marağın olduğu tədbirdə, stendimizdə bir çox universitetlərdən, dövlət qurumlarından və təşkilatlardan ziyarətçilərilərin kiber/informasiya təhlükəsizliyi haqda suallarını cavabladıq.

Şirkətinizin Gələcəyini AKGÜN-ün Çözümləri ilə Qarantiya Altına Alın

Hazırladığımız məhsullarla düzgün qərarı qısa zamanda verməklə planlaşdırma və hesabat vermə qabiliyyətinizi artırıb məhsuldarlığınızı yüksəldə bilərsiniz. AKGÜN-ün ehtiyaclarınız üçün xüsusi olaraq hazırladığı rəqəmsal həllərlə şirkətinizin gələcəyini qarantiya altına alın.